qurbet

Ədəbiyyat


 

 

◊ XƏZƏR UNİVERSİTETİ

  Şərh göndərin 26.12.2009 00:30

Fənnin adı:              Ədəbi tənqid

Müəllimin adı:         Aydın Xan Əbilov

Tələbə:                      Mustafayeva Sevda

Blokun adı:              Fikir

KURS İŞİ: Məmməd Aslan "Çırpınış"                                               

 

Məmməd Aslan Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur.. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedoqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır (1957-1962). Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı «Yenilik» qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Azərbaycan gəncləri», «Ədabiyyat və incəsənət» qəzeti redaksiyalarında çalışmış, «Yazıçı» nəşriyyatında böyük redaktor olmuşdur. Hazırda Azərbaycan Dövlət Teleşirkətinin «Ekran-Efir» qəzetinin baş redaktorudur. Bədii yaradıcılığa 1960-cı ildə «Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeiri ilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. «Şöhrət» ordeni ilə təltif edilmişdir. “Dağ ürəyi”, “Səsimə səs ver”, “Ürək möhlət verəydi”, “Nur içində nur” və s. şeirlərin müəllifidir.

‘‘Çırpınış’’ Məmməd Aslanın ilk gənclik illərində yazdığı şeirlərindəndir. Şeir Məmməd Aslanın artıq keçmişdə qalan gənclik illərinin bir sədasıdır. Əsər şairin həyata, sevgiyə olan hisslərindən xəbər verir, dünyaya baxışını əks etdirir.

Şeirdə sevgi yolunda fəryad edən, əzab çəkən  aşiqin ürək çırpıntısından bəhs edilir. Dərdli şair müşkül dərdinə Tanrıdan əlac istəyir. Sevgisini tez solan Nərgizə bənzədir. Hətta, məzarı üzərində sevgilisinə bənzətdiyi nərgizin bitməsini arzulayır. Laylardan şirin qüdrətli sevgisinin bir anda sehr kimi yox olmasına şair çox kədərlənir. Mələyə, afətə bənzətdiyi gözəl mənə elə gəlir ki, həqiqi sevginin nə olduğunu bilmir, ona görə də sevgiyə əyləncə kimi baxır. Gözəl əvvəlcə ürəkləri ovlayıb, sonra isə inlədir. Sevgisindən güc alan, şirin xəyallar edən şairin yuxusu ərşə çəkilib, dincliyi pozulub, çarəsiz şair hər an, hər dəqiqə Allahdan kömək diləyir. Bağrının başına qədər yanan şair artıq göz yaşlarının quruduğunu hiss edir. Bu şeirdə şairin sevgisinin bir anın içində yox olması, bünövrəsiz evə bənzəyir. Bünövrəsi zəif olan bina tez uçub-dağılar. Rənglər solsa da, heç bir sevgi göyqübbəsini çökdürə bilməz. Çünki, göyqübbəsini Tanrı yaradıb, Tanrı da dağıda bilər. Ürəklər kirlənər, zaman isə kirlənməz. Sevgiyə əyləncə kimi baxan bu qızın Leylilərlə heç bir əlaqəsi yoxdur. Zamanın Leylisi, Məcnunu o qədər sevərdi ki, hətta sevgi yolunda ölməyə də razı idi. İndiki qızlarımızın sevgi mayası məğrur analarımızın, nənələrimizin ailəyə bağlılığından yaranıb. Mənə elə gəlir ki, Məmmədi özündən artıq sevən, ona qovuşmağa can atan bu qızın sevgisi hansısa aktyorun səhnədə yalançı sevgi rolunu oynamasına bənzəyir. Necə ola bilər ki, tək arzusu sevgilisinə qovuşmaq olan qız bu qədər vəfasız olsun. Mən təsəvvür edə bilmirəm ki, həmişə dilindən bal tökülən, hər kəlməsi şirin olan bu qızın nifrəti nə dərəcədə böyük ola ki, dilindən bu qədər zəhər tökülə. İkili rol oynayan bu qızı başa düşmək çox çətindir. Sevgidə ayrılıq da ola bilər, vəfasızlıq da, ancaq bu qədər ilan kimi sancmaq, zəhərləmək nəyə lazım?!  Mənim fikrimcə, şair bir bənddə artıq yazıb gənclərimizə öyüd, nəsihət verməli idi ki, belə vəfasız qızlar üçün ölməyə və ya inləməyə dəyməz. Həyata yenidən başlamaq, həqiqi sevgini axtarmaq lazımdır. Çünki həyat nə qədər acı olsa da, o qədər də şirindir, yaşamağa dəyər. Hər bənddə Allahın adını anan şair bu qədər sevgi yolunda zəif olmamalıdır. Şeir oxucunu təsirləndirir, duyğulandırır. Həyat haqqında dərindən düşünməyə vadar edir. Lirik səpkidə yazılmış bu şeir onu oxuyanların yaddaşında dərindən iz buraxır.   Məzarım üstə də nərgiz bitəsi,                           Mən necə unudum nərgizi, Allah?!                           Bu müşkül dərdimə bir əlac eylə:                             Sənsən xəlq eləyən hər kəsi, Allah!   Sehirdi ömrümdən o gedən gözəl, Laylalardan şirin, öygüdən gözəl! Bir qüdrət görmədim sevgidən gözəl, Sevdaymış ömürlər sərgisi, Allah!   O necə mələkdi, necə afətdi?! Qəlbimi ovladı, sonra inlətdi... Dincliyim, qərarım onunla getdi, Qayıtmaz gözümün mürgüsü, Allah!.   Qurudum gözümün yaşına qədər,                             Göynədim bağrımın başına qədər, Son ovuc qumuna, daşına qədər Çökdü sevgimizin hörgüsü, Allah!   Bunca soluxşadı nədən bu rənglər?! Göyqübbəmi çökdü, yatdı dirəklər?! Zamanmı kirləndi, yoxsa ürəklər, Seyrəldi Leylilər cərgəsi, Allah.   Məmmədi özündən artıq sevərdi, Mənə qovuşmaqdı, tək olan dərdi. Dindirsəm, dilindən bal tökülərdi, İndi zəhər saçır hər sözü, Allah!    

 

 

 

 

      

 

 

 

 

 

       

Baxış: 719


  Şərhlər (1) 25.12.2009 20:43

 

Baxış: 748



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15159)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14628)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13917)
PLATONYA
platonyaadasi.kitabxana.net (8170)
Nəriman
sungurlar.kitabxana.net (4402)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə